Azərbaycan-Rusiya gərginliyinə Bakıdan REAKSİYA – “İlk addımı Moskva atmalıdır”

Azərbaycan-Rusiya gərginliyinə Bakıdan REAKSİYA – “İlk addımı Moskva atmalıdır”

Hazırda oxunan: Azərbaycan-Rusiya gərginliyinə Bakıdan REAKSİYA – “İlk addımı Moskva atmalıdır”

269473

“Rusiya ilə gərginliyin səbəbkarı Azərbaycan deyil”.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, ötən ilin dekabr ayında Azərbaycanın təyyarəsi Rusiya tərəfindən vurulub:

"Ardınca Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinə qarşı xoşagəlməz hadisələr yaşandı. Bundan başqa, fevralda Azərbaycana qarşı kütləvi kiberhücum oldu. Eyni zamanda, Ukraynada SOCAR-ın anbarları vuruldu. Bunlara baxdıqda elə mənzərə yaranır ki, qarşı tərəf gərginliyin azalmasını düşünmür".

F.Şəfiyev həmçinin bildirib ki, Həştərxanda Azərbaycan və Rusiyanın Baş nazir müavinləri səviyyəsində görüş keçirilib:

"Qarşı tərəf gərginlik istəmədiyini deyir, amma davranışlarından da münasibətlərin bərpası üçün bizdən addım atmağı gözlədikləri görünür. Ancaq gərginliyi azaltmaq üçün qarşı tərəf addım atmalıdır, biz də adekvat addım gözləyirik. Bu baş tutsa, vəziyyət də yaxşılaşa bilər". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO