SON DƏQİQƏ! Şərqi Avropada gərginlik PİK HƏDDƏ – Rusiya Polşa ilə sərhədə 150 minlik QOŞUN TOPLAYIR

SON DƏQİQƏ! Şərqi Avropada gərginlik PİK HƏDDƏ – Rusiya Polşa ilə sərhədə 150 minlik QOŞUN TOPLAYIR

Hazırda oxunan: SON DƏQİQƏ! Şərqi Avropada gərginlik PİK HƏDDƏ – Rusiya Polşa ilə sərhədə 150 minlik QOŞUN TOPLAYIR

269360

Rusiya və Belarus hərbçilərinin birgə iştirak edəcəyi “Qərb-2025” təlimləri sentyabrın 12-dən 16-dək Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Moskva bu manevrlərdə Şimali Atlantika Alyansı qüvvələri ilə mümkün toqquşma ssenarisini məşq edəcək.

“Biz NATO və Aİ sərhədləri yaxınlığında keçirilən təlimlərə ciddi yanaşmalıyıq. Həm qonşu ölkələr, həm də NATO bu məsələyə maksimum diqqətlə yanaşır”, — Litvanın müdafiə nazirinin müavini Tomas Godlyauskas bildirib.
 

Polşanın baş naziri Donald Tusk isə bu təlimləri ölkəsinə qarşı hücum hazırlığı kimi qiymətləndirib.


Qeyd edək ki, 12–16 sentyabr tarixlərində  keçiriləcək “Qərb-2025” adlı strateji hərbi təlimlər əsasən Belarus ərazisində, o cümlədən Barysav ətrafındakı təlim poliqonlarında baş tutacaq.

Belarus rəsmiləri təlimlərə təxminən 13 000 hərbçinin cəlb edildiyini açıqlayıb. Ancaq NATO və Ukrayna mənbələri bu rəqəmin əhəmiyyətli dərəcədə yüksək– 100 000–150 000 nəfər ola biləcəyi qənaətindədirlər. 

Xatırladaq ki, bir neçə gün əvvəl Finlandiyada Avropa və ABŞ hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb. Bundan əlavə, digər NATO ölkəsi Litva 25–29 avqust tarixlərində Belarusun Qrodno vilayəti yaxınlığında “Brave Griffin 25-II” adlı sahə-taktiki hərbi təlimləri keçirmişdi.
 

Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, Finlandiya hazırda “müharibəyə hazırlıq kursu” götürüb və Rusiyaya qarşı hücum üçün NATO-ya hərbi meydança yaradır.


Bütün baş verənlər isə Şərqi Avropada gərginliyin kəskin şəkildə artdığını göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO