Maduro Karib sahillərinə 25 minlik qoşun yerləşdirdi – SƏBƏB

Maduro Karib sahillərinə 25 minlik qoşun yerləşdirdi – SƏBƏB

Hazırda oxunan: Maduro Karib sahillərinə 25 minlik qoşun yerləşdirdi – SƏBƏB

269227

Venesuela prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəddə, eləcə də ölkənin Karib və Atlantik okeanı sahillərində 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, məlumatı Maduro özü açıqlayıb.

O vurğulayıb ki, səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir: 

"Mən Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahillərində və Nueva Esparta, Sucre və Delta Amakuro əyalətlərinin Atlantik sahillərində sürətli cavab taktiki tapşırıq qüvvələrini gücləndirmək üçün şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin 25,000 kişi və qadınının yerləşdirilməsini əmr etdim".

Qeyd edək ki, ABŞ Karib hövzəsində hərbi gəmilər yerləşdirərək, Venesueladan gələn narkotik axınının qarşısını alacağını elan edib. Maduro isə bu addımı öz hakimiyyətinə qarşı təhdid kimi qiymətləndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO