Tramp: “Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazıram” - VİDEO

Tramp: “Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazıram” - VİDEO

Hazırda oxunan: Tramp: “Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazıram” - VİDEO

269205

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.

"Bəli, hazıram", – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb.

Bundan əvvəl "The New York Times" nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazmışdı ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.

Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO