ABŞ Silahlı Qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuelanın "Tren de Aragua" narkokartelinin 11 üzvünü məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"ABŞ istiqamətində hərəkət edən və beynəlxalq sularda qeyri-qanuni narkotik vasitələr daşıyan terrorçulara zərbə endirilib. Nəticədə 11 terrorçu məhv edilib", – deyə Tramp qeyd edib.
Venesuela Prezidenti Nikolas Maduro isə hücumla bağlı açıqlamasında ABŞ-ı sərt tənqid edib.
“ABŞ əsassız bəhanələrlə Venesuelaya hücum edir, məqsəd ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaqdır”, - deyə Maduro bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:59 / 03.09.2025
ABŞ Venesueladan narkotik gətirən gəmini belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: ABŞ Venesueladan narkotik gətirən gəmini belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: ABŞ Venesueladan narkotik gətirən gəmini belə məhv etdi – ANBAAN VİDEO
268462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.