Ukraynalı nazirlər iclasa bu geyimdə gəldilər - FOTO 

Ukraynalı nazirlər iclasa bu geyimdə gəldilər - FOTO 

Hazırda oxunan: Ukraynalı nazirlər iclasa bu geyimdə gəldilər - FOTO 

26819

Baş nazir Denis Şmıqalın başçılıq etdiyi Ukrayna hökumətinin nazirləri, çərşənbə günü iclasa futbol forması geyinərək gəliblər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “iz.ru” saytı yayıb. Mənbə yazır ki, tədbir iyunun 30-da hökumətin YouTube kanalında yayımlanıb. 

İclası açan Smıqal Ukraynanın Avro-2020 çərçivəsində növbəti mərhələyə adladığını deyib: 

“Bu, komandamız, məşqçilər heyəti üçün böyük uğurdur. Təbrik edirəm. Qələbə üçün futbolçulara və məşqçilərə minnətdaram”. 

Şmıqalın fikrincə, bu cür tədbirlər ölkəni birləşdirir. 

Ukrayna baş naziri Andrey Yarmolenkonun oynadığı yeddi nömrəli köynəkdə olub. 

İyunun 29-da Qlazqoda keçirilən görüşdə Ukrayna millisi əlavə vaxtda Avropa Futbol Çempionatının 1/8 mərhələsində İsveç komandasını 2-1 hesabla məğlub edib. 

Dörddəbir finalda ukraynalılar Almaniya komandasını 2-0 hesabı ilə udan İngiltərə millisi ilə oynayacaq. 

Matç 3 iyulda Romada baş tutacaq. Həmin gün 1/4 finalın daha bir oyunu Çexiya - Danimarka arasında Bakıda, Olimpiya Stadionunda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO