Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulmasını Azərbaycanla RAZILAŞDIRIB

Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulmasını Azərbaycanla RAZILAŞDIRIB

Hazırda oxunan: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulmasını Azərbaycanla RAZILAŞDIRIB

268116

Xəbər verdiyimiz kimi, Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin bərpası gündəmdədir.

Bizim.Media “AnewZ.tv”yə istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Mühəmməd İshaq Dar ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan və Ermənistan arasında diplomatik əlaqələr quruldu


Müzakirələr zamanı tərəflər diplomatik münasibətlərin qurulması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər. 

Nəşrin məlumatına görə, bu qərar Bakının sülh gündəliyinin tərkib hissəsi kimi koordinasiya olunub.

Belə ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra İslamabadla danışıqlar aparılıb və təşəbbüs razılaşdırılıb. Müşahidəçilər bildiriblər ki, bu hadisə Azərbaycanın daha geniş sülh gündəminin tərkib hissəsi və Vaşinqton razılaşmalarının birbaşa nəticəsi kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, Pakistanın xarici işlər naziri Mühəmməd İshaq Dar ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Danışıq zamanı tərəflər diplomatik münasibətlərin qurulması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər. Pakistanın XİN rəhbəri bu barədə məlumatı rəsmi “X” hesabında təsdiqləyib.

Xatırladaq ki, Pakistan Ermənistanla əlaqələri Azərbaycan torpaqlarının işğalı başlayandan sonra dayandırıb və həmin dövr ərzində İslamabad Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb.


Həmçinin Pakistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələrinin qəbulunda mühüm rol oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO