Rusiyada miqrantlarla bağlı növbəti QADAĞA

Rusiyada miqrantlarla bağlı növbəti QADAĞA

Hazırda oxunan: Rusiyada miqrantlarla bağlı növbəti QADAĞA

266004

Rusiya Əmək Nazirliyi 2026-cı ildə doqquz sektor üzrə fəaliyyət göstərən şirkətlərin xarici işçi cəlb etməsinə məhdudiyyət qoymağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzeti nazirliyin qərar layihəsinə istinadla məlumat yayıb.
 

Qeyd olunur ki, hökumət hər il təşkilatlarda xarici işçilərin maksimal payını müəyyənləşdirir. Layihəyə görə, ən böyük azalma ictimai iaşə sahəsində gözlənilir: əvvəllər bu sektorda əcnəbi işçilərin işə götürülməsinə məhdudiyyət yox idisə, indi onlar yalnız iş yerlərinin yarısını tuta biləcəklər.


Tikinti sahəsində də kəskin azalma nəzərdə tutulur. Belə ki, xarici işçilərin payı 80 faizdən 50 faizə endiriləcək. Spirtli içki və tütün məhsullarının satışı üzrə ixtisaslaşmış mağazalarda bu göstərici 15 faizdən 0 faizə düşəcək. Tərəvəzçilik, meşə sənayesi və taxta materiallarının ticarəti sahələrində miqrantların payının 50 faizdən 40 faizə endirilməsi planlaşdırılır. Bundan əlavə, 29 regionda işə qəbul zamanı regional xüsusiyyətlər tətbiq olunacaq, onlardan 14-də xarici işçilərin payı bəzi sahələrdə federal normadan daha aşağı ola bilər.

Mütəxəssislər məhdudiyyətləri Mərkəzi Asiyadan gələn miqrasiyanı azaltmaq və eyni zamanda uzaq ölkələrdən işçi qüvvəsinin cəlbini artırmaq cəhdi ilə izah edirlər.

İctimai iaşə sahəsində sahibkar Vladislav Zemski hesab edir ki, əmək bazarında işçi çatışmazlığı əcnəbi işçilərin maaş tələblərinin artmasına səbəb olacaq və nəticədə biznesmenlər üçün rusiyalıları işə götürmək daha sərfəli olacaq. Rusiya Tikinti Nazirliyinin yanında İctimai Palatanın ictimai nəzarət komissiyasının rəhbəri İlya Ponomaryov isə xəbərdarlıq edir ki, tikinti sektoru üçün nəticələr mənfi ola bilər. Çünki bu sektorda peşəkar işçi qüvvəsi çatışmazlığı yarana bilər.

Qeyd edək ki, Dövlət Duması daha əvvəl Hindistan, Pakistan və Afrika ölkələrindən gələn miqrantların rus dili, tarix və qanunvericilik imtahanı vermədən işləməsinə imkan verən qanun qəbul edib. Bu, konkret layihələr üçün işçi qüvvəsinin uzaq ölkələrdən gətirilməsinə şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO