Ərdoğan:

Ərdoğan: ""S-400" məsələsində geri çəkilən deyilik"

Hazırda oxunan: Ərdoğan: ""S-400" məsələsində geri çəkilən deyilik"

263050
Ankara Vaşinqtonun təzyiqlərinə rəğmən, Rusiyadan “S-400” zenit-raket komplekslərinin (ZRK) alınması məsələsində geri addım atan deyil.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “HaberTürk” telekanalına verdiyi müsahibədə bildirib.

“Biz bu əqdi artıq yekunlaşdırmışıq. Geri addım atmaqdan söhbət belə gedə bilməz. Rusiya bu ilin iyul ayından etibarən ZRK-nin tədarükünə başlayacaq”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə liderinin dediyinə görə, Türkiyə ABŞ-dan “Patriot” ZRK-nin alınması ilə bağlı Vaşinqtonun təklifini nəzərdən keçirməyə hazırdır.

Ərdoğanın sözlərinə görə, ZRK-nin qiyməti, texnologiyaların ötürülməsi, birgə istehsalla bağlı aspektlərdə fikir ayrılıqlarının olduğuna diqqət çəkib.

Xatırladaq ki, 2017-ci ildə Rusiyadan Türkiyəyə “S-400” ZRK-nin tədarükü haqqında müqavilə Ankara ilə Vaşinqton arasında diplomatik çəkişmələrə yol açıb. Vaşinqton Türkiyə tərəfindən Rusiya komplekslərindən imtina edərək, NATO sistemlərinə uyğun olan “Patriot” ZRK-ə üz tutmasını tələb edir. Lakin Türkiyənin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır və rəsmi Ankara “S-400” komplekslərindən imtina etmək fikrində deyil.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO