Kanadada 751 uşaq meyiti tapıldı – DƏHŞƏTLİ FAKT

Kanadada 751 uşaq meyiti tapıldı – DƏHŞƏTLİ FAKT

Hazırda oxunan: Kanadada 751 uşaq meyiti tapıldı – DƏHŞƏTLİ FAKT

26233

Şimali Amerikada, Kanada ərazisində hindu (Yerli əhalini Kolumb belə adlandırıb red.) əsilli uşaqların daha bir qəbirstanlığı tapılıb. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Kanadada köklü sakinlərin köhnə internat tipli məktəbinin yerləşdiyi ərazidə 751 meyit aşkarlanıb.

Ölülərdən əksəriyyəti uşaqlardır. Həmin məktəb bir əsrdən çox, 1997-ci ilə qədər fəaliyyət göstərib.

Saskaçevan əyalətindəki təhsil müəssisəsinin məqsədi yerli xalqlara aid uşaqları məktəbə cəlb etməklə onların mədəniyyət və ana dillərini boğmaq olub. Bəzi mətbu orqanlarını yazır ki, “yerli xalqların o vaxt da, indi də üzləşdiyi rasizm, diskriminasiya və ədalətsizliklərlə barışmaq çətindir”

Əsl, köklü Amerika sakinləri, yəni, ingilislərin hindu dediyi aborogen xalqın liderləri ümid edir ki, bəlkə də hökumət bunlardan nəticə çıxardar və hinduların özünüidarətmə hüququna icazə verərlər. 

Qeyd edək ki, bundan əvvəl digər məktəbdə 200 hindu uşağın ölüsü tapılıb.

Sonda diqqətə çatdıraq ki, Amerika kinomotoqrafiyası qorxu filmləri adı ilə bu tip bəzi insanlıq cinayətlərini gizlətməyə çalışırlar. Həmin filmlərdə uşaqların guya cinlər, xortdanlar tərəfindən yeyildiyini beyinlərə sırıyan Corc Vaşinqtonçular əslində azyaşlıların soyqırımını ört-basdır edirlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO