xa0xa0
Nefti-qazı olmayanxa0 işğalçı ölkədə bəzi növ malların qiymətinin artması ilə paralel olaraq benzinin qiyməti azalmaqda davam edir.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.
Hal-hazırda ölkədə xa0bir çox yanacaqdoldurma məntəqələrində “Regulyar-92” markalı benzininin qiyməti 410 drama(təxm. 1,42 AZN) bəzi məntəqələrdə isə yanvarın 8-i səhər 400(təxm. 1,38 AZN) drama endirilib.
Qeyd edilir ki, bu, bayram günlərində yanacaq qiymətlərinin endirilməsinin artıq ikinci mərhələsidir. xa0İndiyədək "Regulyar-92" markalı benzinin qiyməti 430-440(təxm. 1,48-1,52 AZN) dram olub.
Daha əvvəl isə xa0eyi yanacaq markası 480-490(təxm. 1,66-1,69 xa0AZN) drama satılıb.
P.S. Bununla belə, çox şükür ki, Ermənistanda benzinin qiymətixa0 yenə də Azərbaycandakından təxminən 40-50 faiz bahadır...
Sultan Laçın




























































































