Putin Baydenlə görüşmək üçün Cenevrəyə uçdu

Putin Baydenlə görüşmək üçün Cenevrəyə uçdu

Hazırda oxunan: Putin Baydenlə görüşmək üçün Cenevrəyə uçdu

25011

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə görüşmək üçün Cenevrəyə uçub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Putinlə görüşmək üçün Cenevrəyə getdi - VİDEO


Mənbə yazır ki, dövlət başçılarının zirvə görüşü fasilələri nəzərə almaqla 4-5 saat davam edəcək.

Müzakirələr Bakı vaxtı ilə saat 15: 00-da başlayacaq. Bu, Putin və Bayden arasında ilk görüş olacaq və pandemiya başlayandan bəri dövlət başçılarının hər biri üçün ilk xarici səfəri çərçivəsində keçiriləcək. 

Liderlərin İsveçrədə “Villa La Grange”də görüşəcəyi deyilir.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, zirvə ərəfəsində Vaşinqton Moskvaya ABŞ-ın dialoqa hazır olduğunu göstərən "dəqiq siqnallar" göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO