ABŞ-dan Ukraynaya növbəti ZƏRBƏ – Sanksiyalar...

ABŞ-dan Ukraynaya növbəti ZƏRBƏ – Sanksiyalar...

Hazırda oxunan: ABŞ-dan Ukraynaya növbəti ZƏRBƏ – Sanksiyalar...

238284

ABŞ administrasiyası Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün plan hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki anonim mənbəyə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Ağ Ev Dövlət Departamenti və Xəzinədarlıq Departamentinə ləğv edilə biləcək məhdudiyyətlərin siyahısını hazırlamağı tapşırıb.

“Bu siyahının Rusiya nümayəndələri ilə qarşıdakı danışıqlarda müzakirəsi planlaşdırılır. Sanksiya agentlikləri hazırda ayrı-ayrı hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı oliqarxlara qarşı sanksiyaların ləğvi ilə bağlı təkliflər hazırlayır”, mənbə bildirib.

Qeyd edək ki, ABŞ 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Sonradan bu məhdudiyyətlər bir neçə dəfə sərtləşdirilib. Ötən həftə ABŞ prezidenti Donald Tramp sanksiyaların müddətini daha bir il uzadıb. Eyni zamanda o, gələcəkdə məhdudiyyətlərin aradan qaldırılmasına da icazə verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO