Tramp Zelenski ilə bağlı dediklərini DANDI: "Bunu dediyimə inanmıram"

Tramp Zelenski ilə bağlı dediklərini DANDI: "Bunu dediyimə inanmıram"

Hazırda oxunan: Tramp Zelenski ilə bağlı dediklərini DANDI: "Bunu dediyimə inanmıram"

236931

ABŞ Prezidenti Donald Tramp Ukraynalı həmkarı Volodimir Zelenskini “diktator” adlandırmasını danıb.

Bizim.Media xəbər verir ki, bunu ABŞ lideri Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

“Mən belə demişəm? Bunu dediyimə inana bilmirəm. Növbəti sual”, - deyə Tramp sualdan yayınıb.

Bununla belə, o, əlavə edib ki, Ukrayna prezidenti ilə münasibətləri gərginləşib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində etdiyi paylaşımda Ukrayna lideri Volodimir Zelenskini “diktator” adlandırıb və onu səsvermə keçirməkdən imtina etməkdə ittiham etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO