“Azərbaycan KTMT-ya qoşula bilməz”

“Azərbaycan KTMT-ya qoşula bilməz”

Hazırda oxunan: “Azərbaycan KTMT-ya qoşula bilməz”

236739

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli haqqin.az-a müsahibəsində deyib ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) xa0iştirakını da nəzərdən keçirmək olar.

xa0

“Düşünürəm ki, yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta KTMT-də iştirakını da nəzərdən keçirmək olar. Xatırlatmaq istəyirəm ki, bu strukturun yarandığı ərəfədə - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuşdu”-deyə, deputat bildirib.

xa0

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isəxa0xa0Modern.az-axa0açıqlamasında bildirib ki,xa0 hazırki şəraitdə Azərbaycan KTMT-ya qoşula bilməz.

xa0

“Ermənistan işğalçı dövlətdir. Hazırda biz Ermənistan dövləti ilə müharibə şəraitində yaşayırıq. Onların olduğu təşkilatda bizim nə işimiz ola bilər axı?! Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca biz Ermənistan dövləti olan yerə getməməliyik”.

xa0

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus , Qazaxıstan, Qırğızıstan,xa0 Tacikistan və Ermənistan daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO