Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlarla borcun on nəsil ukraynalılar tərəfindən ödəniləcəyi barədə müqavilə imzalamayacaq. Ona görə də ABŞ lideri Donald Trampla dialoq lazımdır.
“Əgər bu gün ABŞ deyirsə, biz sizə yardım edəcəyik, ancaq siz bunu ABŞ üçün qazancla qaytarmalısınız - bu, razılaşmadır. Bu müqavilə qrant deyil. Bu, yeni razılaşmadır. Mən də dedim ki, belə bir dialoqa hazıram”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.
Prezident belə bir dialoqun müsbət olacağına əminliyini ifadə edib.
Zelenski, həmçinin Ukraynanın ABŞ-dan 100 milyard dollar həcmində yardım aldığını açıqlayıb. Eyni zamanda, rəsmi Kiyev qrantları Vaşinqtona qaytarılmalı olan borclar kimi tanımağı planlaşdırmır.
Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp müharibə dönəmində ABŞ-ın Ukraynaya 350 milyard dollar həcmində yardım etdiyini açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:32 / 23.02.2025
Zelenski: ABŞ-dan cəmi 100 milyard dollar həcmində yardım almışıq
Hazırda oxunan: Zelenski: ABŞ-dan cəmi 100 milyard dollar həcmində yardım almışıq
Hazırda oxunan: Zelenski: ABŞ-dan cəmi 100 milyard dollar həcmində yardım almışıq
236186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.