Rusiyada köpək balığı dayverə hücum etdi-  VİDEO

Rusiyada köpək balığı dayverə hücum etdi- VİDEO

Hazırda oxunan: Rusiyada köpək balığı dayverə hücum etdi- VİDEO

236135
Rusiyanın Primorski diyarı sahillərində keçirilən sualtı ov çempionatının iştirakçısına köpək balığı hücum edib. Hadisə Böyük Pyotr körfəzindəki Jeltuxin adası yaxınlığında lakedra balığı ovlayan zamanı baş verib.

Dayver üzərindəki silahla balığı vurub, lakin onu köpək balığı götürmək istəyib. Yırtıcı idmançını kürəyindən dişləsə də, kişi xəsarət almayıb.

"O kömək çağırdı, kater yaxınlaşdı, yalnız bundan sonra köpək balığı uzaqlaşdı", - deyə vilayətin Sualtı İdman Federasiyasının prezidenti Dmitri Anaşkin bildirib.

Onun sözlərinə görə, bu, 2,5 uzunluğunda siyənək köpək balığı olub.(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO