İndi də “COVİD-25” GƏLİR? - VİDEO

İndi də “COVİD-25” GƏLİR? - VİDEO

Hazırda oxunan: İndi də “COVİD-25” GƏLİR? - VİDEO

235819

Çinli virusoloqlar COVID-19-a bənzər şəkildə yeni yarasa koronavirusu müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş “HKU5” koronavirusunun yeni nəslidir.

Virusun tədqiqi Quançjou laboratoriyasında Çin Elmlər Akademiyasının Quançjou filialının, həmçinin Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə aparılıb.

Alimlər yarasa nümunələrindən çıxan virusun insan hüceyrələrinə sirayət edə biləcəyini müəyyən ediblər.

Qeyd edək ki, 2021-ci ilin mart ayında ÜST təşkilatdan olan beynəlxalq ekspertlər qrupunun koronavirusun mənşəyini müəyyən etmək üçün Uhana səfəri ilə bağlı tam hesabatını dərc edib.
 

Burada mütəxəssislər virusun laboratoriyadan sızmasını "az ehtimal olunan" adlandırıblar. Hesabatda həmçinin deyilib ki, yeni növ koronavirus böyük ehtimalla insanlara yarasalardan başqa heyvan vasitəsilə keçib. Koronavirusun mənşəyinin heyvanlardan insanlara birbaşa ötürülməsi versiyası mütəxəssislər tərəfindən mümkün versiyadan ehtimal siyahısına əlavə edilib.


ÜST missiyası, həmçinin virusun soyudulmuş məhsullar vasitəsilə ötürülməsi versiyasını “mümkün” adlandırıb.

Məlumat üçün bildirək ki, COVID-19 adındakı "19", xəstəliyin ilk dəfə rəsmi olaraq aşkar edildiyi ili – 2019-u göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO