Avropanın gizli planı ÜZƏ ÇIXDI – Bu ölkələr Ukraynaya qoşun yeritməyə HAZIRLAŞIR

Avropanın gizli planı ÜZƏ ÇIXDI – Bu ölkələr Ukraynaya qoşun yeritməyə HAZIRLAŞIR

Hazırda oxunan: Avropanın gizli planı ÜZƏ ÇIXDI – Bu ölkələr Ukraynaya qoşun yeritməyə HAZIRLAŞIR

234874

“Böyük Britaniya və Fransa da daxil olmaqla bir neçə Avropa ölkəsi Ukraynaya qoşun yeritmək planı üzərində işləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Associated Press” agentliyi yazıb.

“ABŞ-ın təhlükəsizlik prioritetlərinin başqa bölgələrə yönəlməsindən getdikcə daha çox narahat olan bir qrup Avropa ölkəsi, Rusiya ilə gələcəkdə istənilən sülh nizamlanmasına kömək etmək üçün Ukraynaya qoşun göndərmək planı üzərində işləyir. Təfərrüatlar az olsa da, Britaniya və Fransa bu təşəbbüslərə öncüllük edir”, - nəşr yazır.

Qeyd olunur ki, müzakirələrdə iştirak edən ölkələr Putinin müharibəyə son qoymaq üçün danışıqlara razılıq verəcəyi təqdirdə, üstünlüyü ona buraxmaq istəmirlər.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Keir Starmer bir müddət əvvəl verdiyi açıqlamada “Mən imkanların spesifikliyinə varmayacağam, lakin sülhün olması üçün Ukrayna üçün müəyyən təhlükəsizlik təminatları olmalıdır və Böyük Britaniya da bunda rol oynayacaq", - deyə qeyd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO