Ərdoğanın dayısı oğlu Bakıya gəldi - FOTO

Ərdoğanın dayısı oğlu Bakıya gəldi - FOTO

Hazırda oxunan: Ərdoğanın dayısı oğlu Bakıya gəldi - FOTO

23375

"Şəhid övladlarını Türkiyəyə dəvət etməyi planlaşdırırıq".

Bizim.Media xəbər verir ki, bunu "Hədiyyə karvanı" layihəsi ilə Azərbaycanda səfərdə olan Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı, prezident Rəcəb Tayyip Ərdoğanın dayısı oğlu Mehmet Mutlu deyib.

M.Mutlu bildirib ki, Türkiyə qardaş ölkə olaraq daima Azərbaycanın yanındadır. Bu səbəbdən də şəhid övladlarını öz əmanətləri kimi qəbul edir.

İş adamı bildirib ki, növbəti layihələrində şəhid və qazi övladlarının Türkiyəyə səfərini təşkil etməyi planlaşdırırlar.

"Koronavirus pandemiya ilə əlaqədar konkret olaraq fikir bildirə bilmirəm. Amma belə bir planımız, niyyətimiz var. Pandemiya dönəminə uyğun olaraq bu istiqamətdə işlər görüləcək", - deyə M.Mutlu bildirib.

Xatırladaq ki, "Hədiyyə karvanı" layihəsini Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirir.

Layihə çərçivəsində ümumi olaraq 16 şəhər və rayonda şəhid, qazi övladlarına hədiyyələr paylanılacaq. (Yeni Müsavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO