Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutunun prezident Emmanuel Makronun ölkədəki reytinqi ilə bağlı tərəfindən "Le Journal du Dimanche" qəzetinin sifarişi ilə apardığı son sorğunun nəticələri açıqlanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sorğuda rəyi soruşulanların 79 %-i Emmanuel Makronun fəaliyyətini bəyənmir.
Nəticələrə əsasən, sorğulananların 21 %-i Makronun siyasətini dəstəkləyir.
Fransa dövlət başçısına dəstəyin azalması xüsusilə pensiyaçılar arasında müşahidə edilir, çünki onlar 2022-ci ildə keçirilən prezident seçkilərində fəal şəkildə Makrona səs veriblər.
Fransa baş naziri Fransua Bayrunu isə rəyi soruşulanların 34 % -i dəstəkləyir. Buna baxmayaraq, hazırkı baş nazirin reytinqi sələfi Mişel Barnye ilə müqayisədə daha sabitdir. Barnye baş nazir kimi işə başladığı ilk gündən etibarən populyarlığının düşməsi ilə üzləşmişdi.
Qeyd edək ki, sorğu 15-23 yanvar tarixləri arasında keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:06 / 26.01.2025
Rəyi soruşulanların 79 faizi Makronun fəaliyyətini bəyənmir - SORĞU
Hazırda oxunan: Rəyi soruşulanların 79 faizi Makronun fəaliyyətini bəyənmir - SORĞU
Hazırda oxunan: Rəyi soruşulanların 79 faizi Makronun fəaliyyətini bəyənmir - SORĞU
231802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.