ABŞ Dövlət Departamentinin katibi Marko Rubio Ukraynaya hərbi kömək da daxil olmaqla, xarici yardımın maliyyələşdirilməsinin dərhal dondurulmasını əmr edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin mənbələri bildirib ki, çox güman ki, dayandırılma Ukrayna, İordaniya və Tayvan kimi əsas müttəfiqlərə yardımı kəsmək məqsədi daşıyır.
Tədbirlər İsrail və Misirdən başqa bütün ölkələrə şamil ediləcək. Dövlət katibinin müavini Rubionun əmri ilə mövcud proqramların əksəriyyəti 90 gün müddətinə dondurulacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən dərhal sonra Ukraynaya yardımların 90 gün müddətinə dayandırılması ilə bağlı sərəncam imzalamışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:48 / 25.01.2025
ABŞ Dövlət Departamenti bütün xarici yardımları DAYANDIRDI
Hazırda oxunan: ABŞ Dövlət Departamenti bütün xarici yardımları DAYANDIRDI
Hazırda oxunan: ABŞ Dövlət Departamenti bütün xarici yardımları DAYANDIRDI
231621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.