Aİ missiyası növbəti təxribat HAZIRLIĞINDA – Binoklu silahlar ƏVƏZ EDƏCƏK?

Aİ missiyası növbəti təxribat HAZIRLIĞINDA – Binoklu silahlar ƏVƏZ EDƏCƏK?

Hazırda oxunan: Aİ missiyası növbəti təxribat HAZIRLIĞINDA – Binoklu silahlar ƏVƏZ EDƏCƏK?

231397

Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən Avropa İttifaqı missiyasının müddətinin uzadılması məsələsi gündəmdədir. 

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndənin mətbuat xidməti bu yaxınlarda  "Azatutyun"un sorğusuna cavabında da qurumun Ermənistandakı missiyasının müddətinin daha iki il uzadıla biləcəyini bildirib:

"Üzv ölkələr təklifi alqışlayıb və hazırda Aİ Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktları müzakirə edir. Şuranın yaxın günlərdə bununla bağlı qərar qəbul edəcəyi gözlənilir".

Digər bir məlumata görə isə Aİ missiyasına hərbi funksiyalar da verilə bilər. 

Bundan əlavə, Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən Avropa İttifaqı mülki misisyası ilə bağlı jurnalistlərin sualına cavabında həmin müşahidə missiyasının ölkədə qalma müddətinin uzadılacağına ümid etdiyini bildirib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Ermənistandakı Aİ missiyasının müddətinin uzadılmasının gündəmdə olması əslində Avropa Birliyinin Azərbaycana qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir: 

“Azərbaycana binoklla baxmağın mənası yoxdur” 

“Hazırda Azərbaycanla Ermənistan arasında gərginlik yoxdur, müharibə bitib. İndi sülh danışıqları gedir. Bu mənada kiminsə ortaya girərək, öz şərtlərini diktə etməsi yolverilməzdir.

Vaxtilə Avropa İttifaqı missiyası tərkibində kiçik bir qrupun Ermənistan ərazisində yerləşdirilməsi barədə Azərbaycanın da razılığı alındı. 

Amma sonradan həmin missiyanın vaxtı bitdikdən sonra artıq Azərbaycanla məsləhətləşmədən həm sayı artırır, həm də müddəti uzadırlar. Azərbaycan bunu özünə qarşı hörmətsizlik kimi qəbul edir. Ermənistan tərəfindən Azərbaycan tərəfə binoklla baxmağın heç bir mənası yoxdur. Onsuz da müasir peyk sistemi istənilən ölkənin ərazisində istənilən obyekti görməyə imkan verir”. 

Aİ missiyasının məqsədi nədir?

Deputatın fikrincə, bu kimi addımlarla Avropanın müəyyən dairələri Azərbaycanda qıcıq yaratmağa, Ermənistanla danışıqlarda ölkəmizi güzəştə getməyə məcbur etmək istəyirlər:

“Amma bu baş tutmayacaq. Azərbaycan öz suverenliyini qorumaq gücündədir. Avropa Birliyi isə Ermənistanda binokullu insanların saxlanılmasına böyük məbləğdə vəsait xərcləyir. Onlar bunu sülh missiyası kimi qələmə versələr də, əslində bu vəziyyəti gərginləşdirməyə yönəlik hərəkətdir”.

Xatırladaq ki, Aİ missiyasının yerləşdirilməsi 2022-ci ilin oktyabrında Praqada razılaşdırılıb.

Həmin vaxt tərəflər missiyanın qısa müddətli olacağı barədə razılığa gəlmişdi. Lakin sonradan İrəvan Azərbaycanın razılığını almadan missiyanın müddətini uzatdı. Hazırda cari ilin fevralında fəaliyyət müddəti başa çatmalı olan mülki missiya müşahidəçilərinin sayı 209-a çatdırılıb.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO