ABŞ-ın 47-ci prezidenti kimi vəzifəsinin ilk günündə Donald Tramp ölkədə TikTok-a qoyulan qadağanı 75 gün ərzində təxirə salan sərəncama imza atıb.
Bizim.Media xəbər verir ki, Oval kabinetdə keçirilən mərasimdə çıxış edən Tramp bir sıra icra sərəncamları imzalayıb.
Onlardan biri də sosial şəbəkəyə qoyulan qadağanın təxirə salınması olub.
Sənəddə deyilir ki, milyonlarla amerikalının istifadə etdiyi platformanın qəfil bağlanmasının qarşısı alınacaq və hökumətə milli təhlükəsizliyi qorumaq üçün plan hazırlamağa vaxt veriləcək.
Prezidentin sözlərinə görə, TikTok-un dəyəri 1 trilyon dollarda çox deyil:
"Şirkət ABŞ-a sosial şəbəkənin səhmlərinin yarısını almaq hüququnu verməlidir".
Bizim.Media