“TikTok” sosial şəbəkəsi artıq ABŞ ərazisində əlçatan deyil.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə müvafiq qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl öz fəaliyyətini dayandırıb.
Hazırda ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər bu bildirişlə qarşılaşırlar: “ABŞ-da “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz “TikTok”dan istifadə edə bilməzsiniz”.
Bizim.Media