Mərmərə Ereğlisi-Tekirdağ sahillərində baş verən 3,5 bal gücündə zəlzələdən sonra İstanbul və ətraflarında zəlzələ riski yenidən gündəmə gəlib. Türkiyəli geoloq, zəlzələ üzrə mütəxəssis, professor Naci Görür İstanbulda gözlənilən böyük zəlzələ ilə bağlı daha bir mühüm xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, o, Mərmərə dənizində baş verən ardıcıl zəlzələlərdən sonra sosial şəbəkə hesabında İstanbulun hansı rayonlarının risk altında olduğunu açıqlayıb.
Görür Kartalın İstanbulun ən riskli rayonlarından biri olduğunu bildirib və bu rayonda baş verə biləcək zəlzələdə böyük dağıntıların ola biləcəyi barədə xəbərdarlıq edib.
O, Mərmərə bölgəsindəki seysmik aktivliyə diqqət çəkib:
"Mərmərə dənizində 4 baldan aşağı olan zəlzələləri qiymətləndirmirik. Son zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verdi. Bu bölgənin şərqindəki Kumburqaz ətrafında zəlzələ gözlənilir".
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:50 / 23.12.2024
XƏBƏRDARLIQ: Türkiyədə güclü zəlzələ gözlənilir - Yeri açıqlandı - FOTO
Hazırda oxunan: XƏBƏRDARLIQ: Türkiyədə güclü zəlzələ gözlənilir - Yeri açıqlandı - FOTO
Hazırda oxunan: XƏBƏRDARLIQ: Türkiyədə güclü zəlzələ gözlənilir - Yeri açıqlandı - FOTO
226600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.