Gələn il üçün dövlət büdcəsində təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat istiqamətlərinə ayrılması nəzərdə tutulan vəsaitlərin həcmi dəyişib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, təhsil sahəsinə 4 milyard 946 milyon 73 min 190 manat, səhiyyə sahəsinə 1 milyard 999 milyon 438 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 811 milyon 769 min 907 manat vəsait ayrılması nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, təhsil sahəsinə 4 milyard 937 milyon 283 min 246 manat, səhiyyə sahəsinə 1 milyard 993 milyon 578 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730 min 807 manat vəsait ayrılacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:56 / 15.12.2024
Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin HƏCMİ DƏYİŞDİ
Hazırda oxunan: Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin HƏCMİ DƏYİŞDİ
Hazırda oxunan: Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin HƏCMİ DƏYİŞDİ
225341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.