2024-2025 tədris ilində 105 ölkədən 11 000 xarici tələbə Azərbaycanda təhsil alır.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda təqdim edilən hesabatda qeyd edilib.
Bildirilib ki, ötən ilə nəzərən tələbələrin sayında 1000 nəfər artım müşahidə edilir.
“Cari tədris ilində rələbələr ən çox tibb, iqtisasiyyat, idarəetmə və texnoloji ixtisaslarda təhsil alıb. Beynəlxalq tələbələrin böyük əksəriyyəti Bakı Dövlət Universitetində təhsil alır.
Cari tədris ilində ilk dəfə 7 nəfər Azərbaycan vətəndaşı Hökümətlərarası Təqaüd Proqramı vasitəsilə Qazaxıstanda təhsil alır”, - deyə əlavə edilib.
Bizim.Media