ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp investor Tomas Barakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp özünün “Truth” sosial səhifəsində yazıb:
"Tomas Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam. Tomas otuz ildir ki, özəl kapital şirkətinə uğurla rəhbərlik edir".
O qeyd edib ki, Barak lazımi təcrübəyə malikdir və həm siyasi, həm də işgüzar dairələrdə hörmətə malikdir.
Barak “Colony Capital” investisiya firmasının qurucusu, Trampın yaxın dostu və onun inaqurasiya komitəsinin keçmiş sədridir.
Bizim.Media