İrakli Kobaxidze: "Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını sarsıdır"

İrakli Kobaxidze: "Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını sarsıdır"

Hazırda oxunan: İrakli Kobaxidze: "Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını sarsıdır"

223205

Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk. Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunması utancverici və narahatedicidir. Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır”, - deyə Kobaxidze qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO