Amerika Birləşmiş Ştatlarının mövqeyinə zidd olaraq həyata keçirilən “Şimal axını 2” (SA-2) qaz kəməri layihəsindəki roluma görə peşman deyiləm.
Bizim.Media xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel BBC-yə müsahibəsində bunu etiraf edib.
“Biz, əlbəttə ki, bu xəbərdarlıqlara (Ukrayna və ABŞ-dan) diqqət yetirdik və mən onları dinlədim.
O vaxt heç kim Rusiya qazının ixracını tamamilə dayandırmaqdan danışmırdı. Donald Tramp Ağ Evi tərk etdikdən sonra biz prezident Co Baydenlə razılığa gəldik ki, SA-2-dən yalnız o halda istifadə etməyə başlayacağıq ki, enerji resursları silah kimi istifadə edilməyəcək”, – Merkel xatırladıb.
Eyni zamanda Merkel etiraf edib ki, Avropanın Rusiya qazından imtina etməsi Almaniya üçün ciddi iqtisadi zərbədir.
Bizim.Media