Müəlliməni bıçaqlayan məktəbli nəzarətə alındı

Müəlliməni bıçaqlayan məktəbli nəzarətə alındı

Hazırda oxunan: Müəlliməni bıçaqlayan məktəbli nəzarətə alındı

22152

Rusiyanın Perm vilayətində məhkəmə istintaq əsnasında Bereznyaki qəsəbəsində müəlliməyə hücum edən onuncu sinif şagirdini nəzarətə götürüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

“Qapalı məhkəmə iclasında qərar verildi. Şübhəli istintaq müddətində nəzarətə alındı” deyə məhkəmənin mətbuat xidməti qeyd edib.

Bundan əvvəl hüquq-mühafizə orqanları mayın 21-də bir şagirdin müəlliməyə bıçaqla hücum etdiyini bildirmişdi. Hadisə nəticəsində o, boynundan aldığı xəsarətlə Permdəki regional xəstəxanaya aparılıb. Həkimlər qadının vəziyyətini ağır və stabil olaraq xarakterizə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO