Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə Ukrayna tərəfindən zərbələr endirməyə icazə verib.
Volodimir Zelenski Baydenin "uzaq mənzilli raketlərin" icazəsi ilə bağlı məlumatları şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri axşam çıxışında danışıb.
O, belə icazənin verilməsini birbaşa təsdiq etməyib.
“Bu gün bir çox KİV-lər deyirlər ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır, belə şeylər açıqlanmır. Raketlər mütləq öz sözünü deyəcək", deyə Zelenski bildirib.
Bizim.Media