"Baydenin bu icazəsi III Dünya Müharibəsinə səbəb olacaq" - Kremldən İLK REAKSİYA

"Baydenin bu icazəsi III Dünya Müharibəsinə səbəb olacaq" - Kremldən İLK REAKSİYA

Hazırda oxunan: "Baydenin bu icazəsi III Dünya Müharibəsinə səbəb olacaq" - Kremldən İLK REAKSİYA

221142

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə Ukrayna tərəfindən zərbələr endirməyə icazə verib. Bu informasiyaya Moskvadan ilk reaksiya gəlib.

Bizim.Media xəbər verir ki, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaran görünməmiş bir addımdır.

Vladimir Cabarov əlavə edib ki, Rusiyanın cavabı dərhal olacaq.


Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO