Nepal XİN rəsmisi: “İnkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirməlidir” – VİDEO

Nepal XİN rəsmisi: “İnkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirməlidir” – VİDEO

Hazırda oxunan: Nepal XİN rəsmisi: “İnkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirməlidir” – VİDEO

220451

“Biz hamımız birlikdə çalışmalıyıq, çünki bu (iqlim dəyişikliyi. – red) qlobal bir problemdir. Bu, həm regional, həm də qlobal bir problemdir. Hamımız birlikdə hərəkət etməliyik. Azərbaycan, Nepal və əlbəttə ki, bütün ölkələr, bütün tərəfdaşlar birlikdə işləməlidirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri COP29-da iştirak edən Nepal Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Rai jurnalistlərə açıqlamasında bildirib.

Nazir Avropa ölkələrinin iqlim təşəbbüslərini kifayət qədər maliyyələşdirmədiyini qeyd edib:

“Biz vurğulayırıq ki, inkişaf etmiş ölkələr öz öhdəliklərini yerinə yetirməlidir və ümid edirik ki, iqlim maliyyəsi ilə bağlı öhdəlik götürən ölkələr öz sözlərini tutacaq və öhdəliklərini yerinə yetirəcəklər”.

Durbar COP29-dan gözləntilərini də açıqlayıb:

“Əlbəttə ki, bu çox vacibdir və ümid edirik ki, hamı daha çox iqlim tədbirləri görmək, daha çox maliyyələşdirmə və texnologiya transferi üzərində razılığa gələcək. Və əlbəttə ki, hamımız birlikdə çalışacağıq”.



Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO