Bayden: “Kim Çen İnlə müəyyən şərtlərlə görüşməyə hazıram”

Bayden: “Kim Çen İnlə müəyyən şərtlərlə görüşməyə hazıram”

Hazırda oxunan: Bayden: “Kim Çen İnlə müəyyən şərtlərlə görüşməyə hazıram”

21970

ABŞ Prezidenti Co Bayden hər şeydən əvvəl Pxenyanın nüvəsizləşdirilməsi məqsədi ilə KXDR lideri Kim Çen İnlə şəxsi görüşməyə hazırdır.

Bizim.Media xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə Koreya Respublikasının Prezidenti ilə keçirdiyi mətbuat konfransında elan edib.

ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen İnlə nüvə silahsızlanmasına razı olarsa, görüşməyə hazır olduğunu deyib.

Cənubi Koreyanın Prezidenti ilə Ağ Evdə keçirdiyi ortaq mətbuat konfransında Bayden KXDR məsələsinin çətin olduğunu söyləyib:

“Çünki dörd Amerika rəhbərliyi bundan əvvəl cəhdlər edib, ancaq Koreya yarımadasını nüvəsizləşdirmək məqsədinə çata bilməyib”.

Bayden görüş ehtimalını tamamilə istisna etməyib: 

"Görəcəyik. Bəzi öhdəliklər götürsə, o zaman görüşə bilərik”.

“Smotrim.ru” saytı yazır ki, Bayden bu öhdəliklərin Şimali Koreyanın nüvə arsenalının məhv edilməsinə yönəlmiş xüsusi tədbirlərlə əlaqəli olduğunu izah edib.

Bundan əlavə, ABŞ və Cənubi Koreya liderləri Cənubi Koreyanın ballistik raketlərinin məsafəsini 800 km-ə qədər məhdudlaşdırmaq barədə əvvəlki razılaşmanı ləğv etmək barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO