İrandan Yaxın Şərqdə yeni münaqişə XƏBƏRDARLIĞI - Hədəf hansı ölkədir?

İrandan Yaxın Şərqdə yeni münaqişə XƏBƏRDARLIĞI - Hədəf hansı ölkədir?

Hazırda oxunan: İrandan Yaxın Şərqdə yeni münaqişə XƏBƏRDARLIĞI - Hədəf hansı ölkədir?

215953

Hiss olunur ki, Yaxın Şərqdəki  vəziyyət qlobal gücləri məmnun etmir. Ona görə də həmin güclər İranı son addımı atmağa vadar edirlər. 

Bəs, İranın son addımı nə ola bilər?

Təbii ki, İranın son addımı Ərəb yarımadasında yeni münaqişə ocağı yaratmağa hesablanıb. Etiraf edək ki, İran istəsə, hansısa bəhanə ilə hansısa ərəb dövlətini süni şəkildə münaqişəyə çəkə bilər. Artıq bu prosesin ilk simptomları görünməkdədir. 
 

Rəsmi Tehran bəyan edib ki, hansısa ərəb ölkəsi İrana mümkün hücum üçün İsrailə öz hava məkanından istifadə etməyə icazə versə, o zaman həmin ölkə İranın hərbi hədəfinə çevriləcək. Artıq İran bəzi ölkələrə bununla bağlı xəbərdarlıq edib:


“Əgər onlar İsrailə hər hansı yardım etsələr, bu, müharibəyə səbəb ola bilər”. 
Təsadüfi deyil ki, İranın xarici işlər naziri Abbas Araqçi bundan əvvəl Qətərə və Səudiyyə Ərəbistanına səfər edib. O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparıb.

Bu bəyanat və qeyd edilən səfər onu göstərir ki, növbəti hədəf Səudiyyə Ərəbistanı, Qətər və yaxud hansısa iqtisadi cəhətdən güclü olan ərəb dövlətidir. 

Rəsmi Tehran hələki seçimini etməyib. Amma görünən odur ki, İranın münaribə ocağının Fələstindən sonra bu ölkələrdən birinə köçürmək planı var.

İran Hörmüz boğazını bağlaya bilər

Ərəb dövlətləri süni müharibədən qurtula bilər. Amma bu hələ də İranın imkanlarını məhdudlaşdırmır. Bu zaman rəsmi Tehran “B” variantına keçə bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

İran İsrailin hücumuna necə HAZIRLAŞIR?


Məlumdur ki, Fars körfəzinə, xüsusən də Hörmüz boğazına nəzarət İrana çox böyük manevr imkanları verir. Nəzərə alaq ki, dünya neft ixracının böyük hissəsinin keçdiyi dar su hövzəsi olan Hörmüz boğazı qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir.

Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir və dəniz neft nəqli üçün strateji əhəmiyyətli bir marşrut olaraq qalır. Dünya neftinin təxminən 21 faizi bu boğazdan daşınır.

Ən əsası zəngin neft ölkələri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və İraq  dünya bazarına əsasən bu boğaz vasitəsi ilə həyata keçirir. Boğazın bağlanması dünya bazarına neft tədarükünün əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər ki, bu da sözsüz ki, qiymətlərdə sıçrayışa səbəb olacaq.

Bu yaxınlarda ABŞ-ın "Forbes” jurnalı "İran-Amerika böhranından ən çox udan Rusiyanın neft şirkətləridir” başlıqlı məqalə dərc edib. Məqalədə sözügedən məsələ gerçəkləşəcəyi təqdirdə Rusiyanın necə hərtərəfli mənfəət əldə edə biləcəyinə toxunulur. Məqalədə deyilir: 

"ABŞ və İran arasındakı münaqişənin gərginləşməsi Tehran tərəfindən neft tankerlərinin Hörmüz boğazından keçişinin bağlanmasına gətirib çıxara bilər. Bu cür tədbirlərin görülməsi fəlakətli nəticələr verər və ona görə də, çətin ki, belə bir şey baş versin. 

Bu cür addım atılarsa, onda beynəlxalq neft bazarında böyük çaxnaşma və təlaş yaranar. Çünki dünya neft istehlakının təxminən 21 faizi məhz Hörmüz boğazından keçir.

Belə olan halda Rusiya dünya bazarındakı vəziyyəti sabitləşdirəcək gücə çevrilər və onlar buradan maliyyə, strateji və diplomatik xeyir götürərlər.

Hətta Beynəlxalq Enerji Agentliyi öz strateji ehtiyatını dövriyyəyə qoşsa belə, Hörmüz boğazının bağlanması neft qiymətinin yüksəlməsinə yol açacaq”. 

Təsadüfi deyil ki, İranın İSNA xəbər agentliyi bu günlərdə konkret rəqəmlər açıqlayıb. Həmin rəqəmlərdə deyilir ki, Hörmüz boğazı bağlanarsa, dünya neft bazarları 20 milyon barel kəsirlə üzləşəcək və neftin qiymətinin bir barel üçün 250 dolları keçməsi mümkündür.

Çünki Hörmüz boğazının bağlanması region neftinin 90%-nin ixracının dayandırılması və bir çox Körfəz ölkələrinin ticarət əməliyyatlarının dayandırılması demək olardı.

Bu isə dünya iqtisadiyyatı üçün fəlakət deməkdir.

Ona görə də İran yaxın zamanlarda öz gücünü göstərmək üçün ya hansısa ərəb dövlətini hərbi münaqişəyə cəlb edəcək, ya da Hörmüz boğazını hansısa bahənə ilə heç olmasa qısa zamanda bağlamağa çalışacaq.


Təbii ki, hər iki variant Qərbin, xüsusən də ABŞ-ın razılığı ilə olacaq. Dəfələrlə qeyd etdiyimiz kimi, Qərb Yaxın Şərqdə müharibənin uzanmasında maraqlıdır. Bu müharibəni sonsuza qədər uzadan iki ölkə var. 

Bunun biri İsraildirsə, digəri İrandır. İran özünü İslam dünyasının “qalxan”ı kimi dünyaya təqdim edir. Amma Yaxın Şərqdə baş verənlər Vatikanın tövsiyyəsi, Qərbin təşkilatçılığı və İsraillə İranın iştirakı ilə hazırlanan çox qorxunc və çirkin bir plandır. Hadisələrin inkişafı İslam dünyasını və ərəb dövlətlərini bu qorxunc plana sürükləyir...

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO