Belarus almanlara qarşı soyqırım davası açacaq – RƏSMİ AÇIQLAMA

Belarus almanlara qarşı soyqırım davası açacaq – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Belarus almanlara qarşı soyqırım davası açacaq – RƏSMİ AÇIQLAMA

21382

Belarus hökuməti İkinci Dünya Müharibəsi illərində faşistlər tərəfindən belarus xalqına qarşı törədilən soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus baş prokuroru Andey Şved “TASS”a açıqlamasında məlumat verib.

Şved açıqlamasında ölkə rəhbərliyinin təşəbbüsü ilə aparılan istintaqın nəticəsinə uyğun olaraq, rəsmi şəkildə açıqlanan qurbanların sayının real saydan dəfələrlə az olduğunu bildirib.

“Biz soyırımının rəsmi şəkildə tanınması üçün müəyyən edilmiş prosedura əsasən məhkəməyə kifayət qədər sübut təqdim etməyi planlaşdırırq”, - deyə baş prokuror bəyan edib.

Bununla yanaşı, Şved “İstintaq hələ öz işini başa çatdırmayıb. Hərbi cinayət qurbanlarının sayı dəqiq şəkildə müəyyənləşdirilməlidir. Biz qurbanların kütləvi şəkildə qətlə yetirildiyi yerlər haqqında az məlumata sahibik”,- deyə əlavə edib.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko gənc nəslin xalqın tarixini yaxşı bilmədiyini və soyqırımı daha tez-tez xatırlatmağın vacib olduğunu vurğulayıb.

Lukaşenko əhalinin böyük qisminin Vətən Müharibəsi dövründə törədilmiş kütləvi cinayətləri unutduğunu bildirib. 

Prezident indiki müxalifəti neonasizmdə ittiham edib. Həmçinin Lukaşenko müxalifətin istifadə etdiyi ağ-qırmızı bayraq altında İkinci Dünya Müharibəsində nasistlərlə əməkdaşlıq edildiyinə də diqqət çəkib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO