Trampdan Zelenski - Putin münasibətlərinə BƏNZƏTMƏ: “Tanqoda iki nəfər tələb olunur” - VİDEO

Trampdan Zelenski - Putin münasibətlərinə BƏNZƏTMƏ: “Tanqoda iki nəfər tələb olunur” - VİDEO

Hazırda oxunan: Trampdan Zelenski - Putin münasibətlərinə BƏNZƏTMƏ: “Tanqoda iki nəfər tələb olunur” - VİDEO

213482

“Bu gün səmərəli görüşümüz olacaq. Hesab edirəm ki, bizim bu gün toplaşmağımız çox yaxşı əlamətdir. Bizim Zelenski ilə (Ukrayna Prezeidenti - red.) çox yaxşı münasibətlərimiz var. Mənim рэь də bildiyiniz kimi, Rusiya lideri Vladimir Putinlə çox yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkiləri qazansaq, bu münaqişəni çox tez bir zamanda həll edəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu Yorkdakı “Tramp Tower”də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

O, Ukrayna və Rusiya arasında danışıqlara ehtiyac olduğunu qeyd edib.

Trampın Putinlə münasibətlərlə bağlı sözlərinə cavab olaraq Zelenski “Məncə, bizim daha yaxşı münasibətimiz var” deyə şərh edib. Tramp isə öz növbəsində Zelenskiyə “Tanqo üçün iki nəfər tələb olunur” cavabını verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO