Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI

21333

Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 658 585 nəfər yeni koronavirusa yoluxub, 12 034 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 162 177 376, ölənlərin isə 3 364 178 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 574 504 nəfər.

Siyahıda daha sonra Hindistan (24 684 077), Braziliya (15 519 525), Fransa (5 769 839), Türkiyə (5 106 862), Rusiya (4 940 245), Böyük Britaniya (4 448 855), İtaliya (4 153 374), İspaniya (3 598 452), Almaniya (3 593 434), Argentina (3 269 466) və Kolumbiya (3 084 460) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO