ABŞ mənbələri hərbi planı AÇIQLADI: Ukrayna mayda bu ərazidən...

ABŞ mənbələri hərbi planı AÇIQLADI: Ukrayna mayda bu ərazidən...

Hazırda oxunan: ABŞ mənbələri hərbi planı AÇIQLADI: Ukrayna mayda bu ərazidən...

213073

ABŞ Ukraynanı maya qədər böyük hücum əməliyyatlarına hazırlayır. 


Sfera.az xəbər verir ki, belə bir iddia ilə Almaniyanın “Politico” nəşri ABŞ-ın hərbi mənbələrə istinadən çıxış edib. 


ABŞ rəsmisi nəşrə bildirib ki, son dörd-beş ay ərzində hərbi yardım paketləri bu əks-hücuma hazırlıq üçün nəzərdə tutulub. Qəzet yazır ki, Kiyevin qarşısında bu hücumu həyata keçirməyin iki yolu var: ordu cənubdan Krıma və ya şimaldan Donbasa irəliləyəcək. 


“Politico” mənbələrinin məlumatına görə, ikinci variant daha çox ehtimal olunur. Çünki Rusiya Dnepr çayının sol sahilində müdafiəni gücləndirib. 


Xatırladaq ki, bundan öncə Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov yaxın aylarda hərbi əməliyyatlarda hücum taktikasına keçiləcəyini bildirmişdi. 


Ukrayna prezident aparatının müşaviri Mixaylo Podolyak isə deyib ki, silahlı qüvvələr iki ay ərzində əks-hücum üçün hazır olacaq. 


Vasif
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO