İranın helikopter qəzasında dünyasını dəyişən keçmiş prezidenti İbrahim Rəisinin peycer partlayışı nəticəsində həlak olduğuna dair iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb.
Belə ki, mediada Rəisinin yanında peycer olan görüntüləri yayılıb. İddia edilib ki, görüntü 2022-ci ildə Pakistan xarici işlər naziri ilə görüş zamanı lentə alınıb.
Xatırladaq ki, ötən gündən başlayaraq bütün Livan ərazisi boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Partlayışda İranın Livandakı səfiri də yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:47 / 19.09.2024
İranın keçmiş prezidenti peycer partlayışından həlak olub? - İDDİA/FOTO
Hazırda oxunan: İranın keçmiş prezidenti peycer partlayışından həlak olub? - İDDİA/FOTO
Hazırda oxunan: İranın keçmiş prezidenti peycer partlayışından həlak olub? - İDDİA/FOTO
212104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.