Kanada hakimiyyətinin Çin elektrik avtomobillərinin idxalına 100% rüsum tətbiq etmək qərarı Çində istehsal olunan “Tesla” avtomobillərinə də şamil ediləcək.
Bizim.Media CBC-yə istinadən xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Söhbət şirkətin ən məşhur brendlərindən - Model 3 sedanından və Model Y krossoverindən gedir.
Məlumata görə, qərardan əvvəl “Tesla”nın Kanada hökumətinə məhsullarının rüsumlarının azaldılması xahişi ilə müraciət etdiyi iddia edilir. Çinə tətbiq edilən tariflərə nəzarət edən Kanada baş nazirinin müavini Kristia Frilandın ofisi şərh verməkdən imtina edib.
Qeyd edilib ki, Şanxayda istehsal olunan “Tesla” elektrik avtomobilləri Sakit okeandakı Vankuver limanı vasitəsilə Kanadaya tədarük edilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:34 / 30.08.2024
Kanada “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
Hazırda oxunan: Kanada “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
Hazırda oxunan: Kanada “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
209026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.