İran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb.
Bu barədə Bizim.Media “Khabar-e Online” nəşrinə istinadən xəbər verir.
Siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-ın İraqdakı bazasına hücumu hansı inamla təşkil etdiyinə əsaslanıb.
“Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”, deyə o, qeyd edib.
Əhməd Ərdəstan aydınlaşdırıb ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam inam yoxdur, lakin Tehran alimlərin bu silahı yaratmağa çox yaxınlaşdığını dəfələrlə bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:11 / 04.08.2024
İranlı deputatdan ŞOK AÇIQLAMA: “Tehran nüvə silahı əldə edib”
Hazırda oxunan: İranlı deputatdan ŞOK AÇIQLAMA: “Tehran nüvə silahı əldə edib”
Hazırda oxunan: İranlı deputatdan ŞOK AÇIQLAMA: “Tehran nüvə silahı əldə edib”
205062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.