Rusiya prezidenti Vladimir Putin Vaşinqtona xəbərdarlıq edib ki, Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin peyda olacağı təqdirdə Rusiya Federasiyası orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə birtərəfli moratoriumun tətbiqini dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı Sankt-Peterburqda Baş Dəniz Paradını qəbul edərkən bildirib.
“Amerika administrasiyası və Almaniya hökumətinin 2026-cı ildən Almaniya Federativ Respublikası ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planlarına dair bəyanatı diqqəti cəlb edir” – Putin deyib.
Prezident belə silahların Rusiyanın mühüm dövlət və hərbi nəzarət obyektlərinə, inzibati və sənaye mərkəzləri və müdafiə infrastrukturuna çata biləcəyini vurğulayıb.
"Və gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq", - Rusiya dövlət başçısı qeyd edib.
“Əgər Amerika Birləşmiş Ştatları belə planları həyata keçirsə, biz özümüzü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən Hərbi Dəniz Qüvvələrimizin sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik”, - Putin bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:05 / 28.07.2024
Putin Vaşinqtona xəbərdarlıq etdi
Hazırda oxunan: Putin Vaşinqtona xəbərdarlıq etdi
Hazırda oxunan: Putin Vaşinqtona xəbərdarlıq etdi
203940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.