Venesuelada bu gün prezident seçkiləri keçiriləcək

Venesuelada bu gün prezident seçkiləri keçiriləcək

Hazırda oxunan: Venesuelada bu gün prezident seçkiləri keçiriləcək

203901

Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, 10 siyasətçi dövlət başçısı postu uğrunda mübarizə aparır.

Hakim Venesuela Vahid Sosialist Partiyası (USPV) hazırkı prezident Nikolas Maduronu namizəd kimi irəli sürüb. O, bir neçə partiya və hərəkatın daxil olduğu Simon Bolivar Böyük Demokratik Qütb tərəfindən dəstəklənir.

Milli Seçki Şurası (NEC) Maduronu bu assosiasiyadan namizəd kimi qeydə alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti mötədil müxalifətdəndir.

Maduronun əsas rəqibi Unitar Platforma koalisiyasına daxil olan ifrat sağ partiyaların namizədi Edmundo Qonzalesdir.

Prezident seçkilərinin nəticələrinin iyulun 28-i axşam saatlarında açıqlanacağı gözlənilir. Seçki mitinqlərində Maduro dəfələrlə bəyan edib ki, iyulun 28-də saat 22.00-da seçki komissiyası onun daha altı il müddətinə yenidən seçilməsini elan edəcək.

Əksər rəy sorğularına görə, hazırkı prezident Nikolas Maduronun seçkilərdə qalib gəlmək şansı böyükdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO