Rusiyada erməni qətl törədib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 14-də Krasnodar diyarının Armavir şəhərində baş verib.
Albert Pilosyan adlı erməni karaoke-bar yaxınlığında əlbəyaxa dava zamanı xüsusi hərbi əməliyyatın iştirakçısı Oleq Ryabçikovu bıçaqlayaraq öldürüb.
Mübahisə zamanı Pilosyan bıçağı çıxarıb və əsgərə bir neçə zərbə vurub.
Bundan sonra faktla bağlı cinayət işi açılıb, Pilosyan axtarışa verilib və ertəsi gün saxlanılıb. Qatilin gizlənməsinə həmyerlisi Samvel Mirijanov adlı müstəntiq kömək edib. Mirijanov barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayəti ört-basdır etmə maddəsi ilə cinayət işi açılıb. Onu 4 ilə qədər həbs gözləyir.
Bizim.Media