Ukraynaya  F-16 tədarükü LƏNGİYİR - Təlimatçılar arasında dil baryeri 

Ukraynaya  F-16 tədarükü LƏNGİYİR - Təlimatçılar arasında dil baryeri 

Hazırda oxunan: Ukraynaya  F-16 tədarükü LƏNGİYİR - Təlimatçılar arasında dil baryeri 

201792

Yayın sonuna qədər Ukrayna Qərb tərəfdaşlarından 6 ədəd F-16 təyyarəsi alacağını gözləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşr yazır ki, ilin sonuna qədər cəmi 20 qırıcı tədarük ediləcək.

Agentlik mənbələrinin məlumatına görə, hazırda Ukraynaya təyyarələrin göndərilməsi prosesi ehtiyat hissələri ilə bağlı problemlər və ukraynalı pilotlarla onların əcnəbi təlimatçıları arasında dil baryeri səbəbindən ləngiyir.

Hazırda F-16 tədarükü planlaşdıranlan ölkələri 3 əsas məsələ narahat edir:

Birincisi, təyyarələr öz missiyalarından asılı olaraq yenidən konfiqurasiya edilməlidir. 

İkincisi, Ukraynada F-16 üçün lazım olan uzun, yüksək keyfiyyətli uçuş-enmə zolaqlarının çoxu yoxdur. 

Üçüncüsü, təyyarə dəstəyinin maddi-texniki təminatı ehtiyat hissələrinə ehtiyacdan tutmuş texniki xidmət və sifarişçi mühəndislərə qədər mürəkkəbdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO