Zelenski: “Bu gün heç bir dövlət Ukraynanı NATO-da görmür”

Zelenski: “Bu gün heç bir dövlət Ukraynanı NATO-da görmür”

Hazırda oxunan: Zelenski: “Bu gün heç bir dövlət Ukraynanı NATO-da görmür”

199790

ABŞ Rusiya Prezidenti Vladimir Putini qıcıqlandırmamaq üçün Ukraynanın NATO-nun növbəti sammitinə dəvət edilməsinin tərəfdarı deyil.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində bildirib.

Zelensikinin sözlərinə görə, bu gün Ukraynanın NATO-ya üzvlüyü nə hazırkı Prezident Bayden, nə də ABŞ prezidentliyinə namizəd Donald Tramp tərəfindən dəstəklənmir.
“Biz başa düşürük. Ağ Ev bizlə bu barədə açıq danışır. Hər iki tərəfin fikirlərini bilirik və bu, onu deməyə əsas verir ki, bu gün hamı Ukraynanı NATO-da görmür”, - deyə Zelenski vurğulayıb.

Lakin Amerikanın bu siyasətini dəstəkləmədiyini diqqətə çatdıran Ukrayna Prezidenti bunu, geriyə gedən yol hesab edib.

Qeyd edək ki, iyulun əvvəlində Vaşinqtonda NATO-nun 75-ci sammiti keçiriləcək və burada Ukrayna da gündəmdə olacaq. Kiyev bu sammitdə Alyansa siyasi dəvət almaq istəyirdi, lakin ABŞ bunun baş verməyəcəyini açıq şəkildə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO