Ağ Evin qarşısındakı bıçaqlanma ilə bağlı bəzi məqamlar bəlli olub. Belə ki, xəsarət alan şəxslər ABŞ Prezidenti Donald Trampın tərəfdarları olublar.
Bizim.Media-nın "NBC Washington"a istinadən verdiyi xəbərə görə, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib.
Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən "Proud Boys" sağçı qrupunun üzvləridir.
Zərərçəkənlər şübhəlilərin "Black Lives Matter" etiraz hərəkatının üzvləri olduğunu iddia edib.
***
Vaşinqtonda Ağ Ev qarşısında bıçaqlı hücum olub.
Bizim.Media məlumat verir ki, NBC telekanalı polisə istinadla xəbər yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı dörd nəfər yaralanıb.
Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.
Bizim.Media